- Xəbər news
- 01:00 22.01.2026
"Barcelona"nın futbolçusu Lionel Messi Sant-Jordi (Müqəddəs Georgi) Xaçı ilə mükafatlandırılıb.
Corner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kataloniyanın ali mükafatlarından sayılan Sant-Jordi Xaçı 1981-ci ildə təsis olunub. Messi "Barcelona" tarixində Yohan Kroyfdan sonra belə şərəfə nail olan ikinci futbolçu olub.
Mükafatlandırma mərasimində argentinalı futbolçu "Siyasi məhbuslara azadlıq" şüarını səsləndirən zalı dəstəkləməkdən imtina edib. O, həmin vaxt səhnədə sakit dayanıb.
Qeyd edək ki, Messi bu mövsüm 48 oyunda 48 qol və 22 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2021-ci ildə sona çatır