PSJ-nin hücumçuları Kilian Mbappe və Neymar arasında yenidən münaqişə başlayıb. Corner.az xəbər verir ki, braziliyalı futbolçu fransalı hücumçunun meydanda göstərdiyi eqoist davranışdan razı deyil.
Mbappe isə öz növbəsində, Neymarın paltardəyişmə otağında göstərdiyi davranışdan narazıdır.
Əvvəllər futbolçular arasında penalti zərbələrinin icrasına görə problem yaşanıb.
Mbappe bu mövsüm 6 oyuna çıxıb, 7 qol vurub. Neymar isə Liqa 1-də 8 qol vurub və 6 məhsuldar ötürmə edib.