2 fevral 2026. Bazar ertəsi

Qarabağ'dan təklif alanda bu klubu tanımırdım


Qarabağ'dan təklif alanda bu klubu tanımırdım
"Qarabağ”ın  yarımmüdafiəçisi Abdullah Zubir Ağdam klubuna keçidi ilə bağlı xatirən söz açıb. Corner.az xəbər verir ki, fransalı futbolçu, bu barədə ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:
 
“Lans”dan ayrıldıqdan sonra Belçika çempionatı və Liqa 1-dən təklif almışdım. Amma bu, maddi planda kluba, layihə olaraq mənə uyğun deyildi. Sonra isə "Qarabağ" variantı ortaya çıxdı".
 
31 yaşlı hücumameylli yarımmüdafiəçi əvvəlcə təklifə razılıq verməkdə tərəddüd etdiyini bildirib: "Çünki klubu ümumiyyətlə tanımırdım. Sadəcə, Çempionlar Liqasının qrupunda oynadığını bilirdim. Daha sonra mənə orada oynayan Əlharbi Əl Jadeyuinin nömrəsi verildi. Dedi ki, mənə güvən və bu komandaya keç".
 
Xatırladaq ki, Abdullah Zubir 2018-ci ilin iyunundan "Qarabağ"da çıxış edir.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO