1 fevral 2026. Bazar günü

“Qarabağ” və “Neftçi”nin futbolçusuna milli dəvət


“Qarabağ” və “Neftçi”nin futbolçusuna milli dəvət
Haiti millisinin KONKAKAF Millətlər Liqasının final mərhələsi üçün geniş heyəti açıqlanıb.

Corner.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Mark Kollat ilkin mərhələdə 40 futbolçuya dəvət göndərib. Onların arasında "Qarabağ"ın müdafiəçisi Donald Gerye və "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar da var.

Turnirin startına - iyunun 16-na qədər futbolçuların sayı 23 nəfərə endiriləcək. 

Qeyd edək ki Haiti yığması ABŞ-da keçiriləcək yarışın B qrupunda Kosta Rika, Nikaraqua və Bermuda ilə mübarizə aparacaq.





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO