6 dekabr 2025. Şənbə

ABU Arena yaxın günlərdə bu adla fəaliyyətə başlayacaq


ABU Arena yaxın günlərdə bu adla fəaliyyətə başlayacaq
“ABU Arena” idman kompleksi yaxın günlərdə “AHF Arena” kimi fəaliyyətə başlayacaq.

Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Corner.az-a verdiyi məlumata görə, xeyli vaxtdır həyata keçirilən işlər artıq yekunlaşdırılıb.

2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq həndbolçuların ixtiyarına verilib.

Ölkədə həndbolun inkişafına təkan olacaq idman kompleksinin yenidən istifadəyə verilməsini AHF-nin həndbolçulara gözəl töhvəsi kimi dəyərləndirmək olar.

Qeyd edək ki, “AHF Arena” da həm yerli yarışların, həm də beynəlxalq miqyaslı turnirlərin oyunları keçiriləcək.






Xəbər news