Avrokubokların qrup mərhələsinin iki turundan sonra dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb. Corner.az xəbər verir ki, siyahıda karyerasını davam etdirən 500 mütəxəssisin adı var.
Azərbaycanın siyahıdakı yeganə təmsilçisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1595 xalla 211-ci yerdədir. 50 yaşlı məşqçi son cədvəldəki yerini 8 pillə yaxşılaşdırıb.
Azərbaycanda çalışan əcnəbi məşqçilərdən yalnız biri ən yaxşıların siyahısına düşüb. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 1627 xalla 179-cudur.
Rumıniyalı ötən siyahı ilə müqayisədə 5 xal itirib. Nəticədə o, 17 pillə geriləyib.
Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo isə üçüncülüyü ələ keçirib – 2063 xal.