24 oktyabr 2024. Cümə axşamı

Krivotsyuk'lu Visla səfərdə uduzdu


Krivotsyuk'lu Visla səfərdə uduzdu
Futbol üzrə Polşa çempionatında 10-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Zaqlembe”nin qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:2.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Visla” 10 turdan sonra 17 xalla 18 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.






Xəbər news