24 oktyabr 2024. Cümə axşamı

Mahirli Dinamo'dan derbidə qələbə


Mahirli Dinamo'dan derbidə qələbə
Xorvatiya çempionatında 10-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Lokomotiv”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda çətin qələbəyə sevinib – 2:1.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.
 
“Dinamo” 10 turdan sonra 25 xalla zirvədə qərarlaşıb.






Xəbər news