24 oktyabr 2024. Cümə axşamı

Shusha Chess 2022 turnirinin rəsmi saytı təqdim olundu


Shusha Chess 2022 turnirinin rəsmi saytı təqdim olundu

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub.

Federasiyadan Corner.az-a verilən məlumata görə, “shushachess.az” internet saytı şahmat həvəskarlarını son informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək.

Saytda Şuşanın tarixi barədə məlumat, o cümlədən yarış iştirakçıları ilə bağlı informasiyalar yer alıb.

Şuşada ilk şahmat turniri “shushachess.az” saytı ilə canlı yayımlanacaq. Bütün partiyalar Azərbaycan və ingilis dilində şərh olunacaq.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

“Shusha Chess 2022” turniri 21 - 24 sentyabrda keçiriləcək.







Xəbər news