24 oktyabr 2024. Cümə axşamı

Top-5 liqalarda ən az qol buraxan komandalar bilindi


Top-5 liqalarda ən az qol buraxan komandalar bilindi

Avropanın Top-5 liqasında indiyədək ən az qol buraxan komandalar bəlli olub.

Corner.az-ın məlumatına görə, siyahıya İspaniya "Barselona"sı başçılıq edir.

Kataloniya klubu La Liqada keçirdiyi 6 görüşdə qapısında cəmi 1 qol görüb. İkinci sırada İspaniyanın digər komandası "Vilyarreal" (2) qərarlaşıb.

İlk "3-lüy"ü İtaliya "Atalanta"sı (3) qapayır. Berqamo klubu yerli çempionatda İspaniya təmsilçilərindən 1 oyun çox keçirib.







Xəbər news