24 oktyabr 2024. Cümə axşamı

Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram


Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram
Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun prezidenti Hacı Hacıyev yerli futbolçuların vətəndaşlıqlarını dəyişməsini şərh edib. Corner.az xəbər verir ki, 77 yaşlı mütəxəssis bəzi oyunçuların müxtəlif turnirlərdə iştirak etmək üçün başqa milli komandalarda oynamaq qərarına gəlməsinə normal baxdığını söyləyib:
 
“Görün, burada nə qədər erməni, gürcü, azərbaycanlı və qırğız yaşayır. Bəzi futbolçuların bu ölkələrin yığmasında oynamasına pis baxmıram. MDB ölkələrindən danışırıqsa, mən yenə də onları özümüzə yaxın bilirəm. Oyunçular bu ölkələrin yığmalarını seçsələr belə, yenə də Rusiya Premyer Liqasında qalacaqlar”.
 
Hacıyev UEFA və FİFA-nın Rusiya futbolu ilə bağlı qərarlarına mənfi yanaşdığını da bəyan edib.






Xəbər news