24 oktyabr 2024. Cümə axşamı

Özümə yeni ev tapdığım üçün xoşbəxtəm


Özümə yeni ev tapdığım üçün xoşbəxtəm

"Özümə yeni ev tapdığım üçün xoşbəxtəm".

Corner.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un Cənubi Afrika Respublikasından olan futbolçusu Siyanda Xulu Azərbaycan təmsilçisinə keçidi ilə bağlı ölkəsinin mətbuatına açıqlamasında deyib.

31 yaşlı müdafiəçi bildirib ki, hələlik karyerasını xaricdə davam etdirmək istəyir: "İsrailin “Hapoel” (Tel Əviv) klubu ilə müqaviləm ləğv olunduqdan sonra da planım xaricdə qalmaq idi. Amma asan olmayacaq. Burada yeni mühit, mədəniyyət və liqa var. Ümid edirəm ki, mənim və "Turan Tovuz" üçün məhsuldar mövsüm alınacaq".

Qeyd edək ki, "Turan Tovuz" avqustun 17-də Siyanda Xulu ilə bir illik müqavilə imzalayıb.







Xəbər news