22 mart 2026. Bazar günü

Mən nə Messi, nə Neymar, nə də Ronaldoyam


Mən nə Messi, nə Neymar, nə də Ronaldoyam

"Mən nə Messi, nə Neymar, nə də Ronaldoyam. Normal futbolçuyam".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji oyun üslubu barədə danışarkən deyib.

Seneqallı hücumçu bildirib ki, elə də texnikalı oyunçu deyil: "Əsas işim son nöqtəni qoymaq, müdafiənin arxasına qaçmaq, vuruşmaq və ikili mübarizələrdən qalib ayrılmaqdır. Mən meydanda döyüşürəm".

Liqa 1 təmsilçisinə keçidindən də söz açan 27 yaşlı forvard yay fasiləsində başqa təkliflərinin də olduğunu söyləyib: "3-4 klub mənimlə maraqlanırdı. Aralarında aşağı dəstə təmsilçiləri də var idi. Amma "Sent Etyen" mənimlə maraqlanmağa başlayanda buraya gəlmək istədiyimi bildiridm. Çünki Fransada həmyerlilərim çoxdur. Bu komanda ölkəmizdə də çox populyardır".

Vadji "Sent Etyen"də 25 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: "Qızım bu tarixdə dünyaya gəlib. "Qarabağ"da eyni nömrə ilə oynayırdım".

Qeyd edək ki, İbrahima Vadji "Sent Etyen"lə 3 illik müqavilə imzalayıb.







Xəbər news