41 yaşlı tennisçi Rocer Federer karyerasını başa vurub. Corner.az xəbər verir ki, isveçrəli idmançı ötən gün sonuncu oyununu keçirib və karyerasını məğlubiyyətlə tamamlayıb.
Onun üçün son görüş Rafael Nadalla birlikdə Cek Sok və Frensis Tiafla (6:4, 6:7, 9-11) uduzduğu Leyver Kubokunun cütlük oyunu olub.
Leyver Kubokundan əvvəl Federer dizindən aldığı zədə səbəbindən bir ildən çox oynamayıb.
Federer 20 qat “Böyük Dəbilqə” çempionudur. 2009-cu ildən 2022-ci ilin əvvəlinə kimi o, bu göstərici üzrə rekordçu olsa da, sonra onu Rafael Nadal və Novak Cokoviç geridə qoyub.
Federer ən titullu “Uimbldon” (8 qələbə) və “US Open” çempionu (5 qələbə) olub.
Ümumilikdə Federerin hesabında 103 titul var. Bu göstərici kişilərin tennis tarixində daha çox yalnız Cimmi Konnorsda (109) olub.