- Xəbər news
- 22:34 14.11.2024
“Roma”nın baş məşqçisi Joze Mourinyo 11 ildən sonra qayıtdığı İtaliyada baş verən dəyişikliklərdən danışıb.
Corner.az “Esquire” nəşrinə istinadən xəbər verir ki,59 yaşlı çalışdırıcı A Seriyasında futbolun səviyyəsinin aşağı düşdüyünü bildirib:
“Mən olmadığım on il ərzində İtaliyada futbolun keyfiyyəti çox aşağı düşdüyünü görürəm. İndi A Seriyası oyunçular üçün daha az cəlbedici bir liqadır. Amma İtaliyaya qayıdandan sonra yenidən yüksək səviyyəli oyunçuları qəbul etməyə başlayan rəqabətə davamlı bir komanda tapdığıma sevindim. İndi burada xoşbəxtəm”.
Portuqaliyalı məşqçi 2021-ci ilin yayından “Roma”nı çalışdırır.