- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan "Neftçi”sinin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan klubun rəhbərliyinə müraciət ünvanlayıb. Corner.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, sabiq futbol agenti rumıniyalı mütəxəssisin istefaya göndərilməsini xahiş edib.
Buna səbəb Prodanın Buxarestdəki evində 47 yaşlı baş məşqçinin fiziki zorakılığına məruz qalması olub. İddiaya görə, insident nəticəsində hər iki şəxs xəsarət alb və ilkin tibbi yardım çağırılıb. Hüquq mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmalara başladığı da vurğulanıb. Tərəflər arasında münaqişənin səbəbləri araşdırılır.
Prodan zorakılığı əks etdirən videonu “Neftçi”nin elektron ünvanına göndərərək, keçmiş ərinin qovulmasını istəyib. Hələlik paytaxt təmsilçisi məsələ ilə bağlı açıqlama verməyib.
Regekampf 2008-2021-ci illər aralığında Anamariya Prodanla ailəli olub. Onların bir övladı var.