24 oktyabr 2024. Cümə axşamı

Tanınmış futbolçu supermarketdə işləyə bilər


Tanınmış futbolçu supermarketdə işləyə bilər

Niderland millisinin sabiq futbolçusu Aryen Robben supermarketdə menecer işləyə bilər.

Corner.az-ın məlumatına görə, veteran yarımmüdafiəçi bu barədə "De Telegraaf" nəşrinə açıqlama verib.

38 yaşlı keçmiş futbolçu gələcəkdə baş məşqçi və ya texniki direktor kimi fəaliyyət göstərə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, karyerası ərzində ölkəsinin PSV və Qroningen, İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid" və Almaniya "Bavariya" klublarında çıxış etmiş Robben ötən il karyerasını başa vurub.







Xəbər news