- Xəbər news
- 22:34 14.11.2024
PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar DÇ-2022 ərəfəsində yığma komandanı tərifləyib.
Corner.az “Telefoot”-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu çox güclü hücum xəttinə sahib olduqlarını deyib:
“Bu, mənim debüt etdiyim vaxtdan bəri oynadığım ən yaxşı Braziliya milli komandasıdır. Çox güclü hücum xəttimiz var. Bu komandada hər kəsin xüsusi rolu və hamımızın ümumi məqsədi var. Hazırdakı təcrübə və gəncliyin qarışığıdı. Biz bir-birimiz üçün çalışmağa hazırıq. Komanda şəklində oynayırıq və bu bizə 2022-ci il dünya çempionatında daha da irəlilərə getmək şansı verir”.
Dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.