- Xəbər news
- 22:34 14.11.2024
Portuqaliyalı keçmiş futbolçu Luiş Fiqu 6 km hündürlükdə futbol oynayaraq, yeni dünya rekorduna imza atıb.
Corner.az “The Guardian”-a istinadən xəbər verir ki ki, 49 yaşlı veteran futbolçu digər futbolçularla birlikdə 6166 metr hündürlükdə keçirilən görüşdə iştirak edib. Komandaların heyətlərinə Yaxın Şərq, Avropa və Latın Amerikasından daha yeddi nəfər daxil edilib. Oyun təyyarənin içərisində, xüsusi olaraq quraşdırılmış 75 kvadratmetrlik meydançada keçirilib.
“Ginnesin rekordlar kitabı” ən yüksək hündürlükdə, sıfır çəki şəraitində futbol oynamaq uğurunu qeyd edəcək.
“Barselona”, “Real”, “İnter”in keçmiş üzvü olan Fiqu tarixi oyunda qol vurub.