24 oktyabr 2024. Cümə axşamı

Barselona Kamp Nou'nu bu stadiona dəyişir


Barselona Kamp Nou'nu bu stadiona dəyişir
İspaniya “Barselona”sı “Kamp Nou” stadionunun yenidən qurulması zamanı ev oyunlarını 1992-ci il Yay Olimpiya Oyunlarının əsas arenası olan “Levis Companys Olimpiya Stadionu”nda keçirəcək.

Corner.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
 
Məlumatda bildirilir ki, 83 min abonement sahibindən 45 minini biletlə Kataloniya təmsilçisi təmin edəcək. Daha 14 min yerin biletləri bilet proqramı vasitəsilə satılacaq.
 
“Barselona”nın “Olimpiya Stadionu”nda əlavə tribunaların quraşdırılmasını nəzərdən keçirsə də, lakin şəhər şurası buna razılıq vermədiyi də vurğulanıb. La Liqa klubu  sadəcə tribunaları meydançaya bir qədər yaxınlaşdırmaq üçün qaçış cığırlarından birini götürə bilər.
 
“Barselona” təmiri 2025-ci ilin sonunda başa çatmalı olan “Kamp Nou”nun yenidən qurulması ilə əlaqədar 2023/2024 mövsümünü başqa stadionda keçirəcək.






Xəbər news