26 noyabr 2024. Çərşənbə axşamı

Emreli yoldan keçən biri kimi görünür


Emreli yoldan keçən biri kimi görünür

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya mətbuatında müzakirə mövzusuna çevrilib.

Corner.az xəbər verir ki, “germanijak.hr” saytının ekspertləri “Dinamo”da (Zaqreb) çıxış edən hücumçunun hazırkı durumunu dəyərləndirib. Jurnalistlər Xorvatiya klubunda əsas heyətdən kənarda qalan Mahirin hələ də kollektivə uyğunlaşa bilmədiyini vurğulayıblar:

“Maksimir”dəki Azərbaycan millisinin futbolçusu yoldan keçən biri kimi görünür. Bəzən onun burada olduğunu da unuduruq. Bu mövsüm cəmi 173 dəqiqə oynayıb, 1 qol vurub. Onun komandaya ciddi faydası dəyməyib.

Baş məşqçi Ante Çaçiç mövsümün əvvəlində Emrelini oyun qurucusu kimi oynatmağı düşünürdü. Baxmayaraq ki, Mahir cinahlarda çıxış edə bilir. Amma o, bu mövqelərin heç birində özünü göstərə bilmədi. Üstəlik, “Dinamo”ya keçdikdən sonra bir neçə dəfə zədələnib. Deyəsən, “Dinamo”nun paltardəyişmə otağına və komanda yoldaşlarına hələ tam uyğunlaşmayıb. Onlarda onun üstünə çox getməyiblər. Əsas sual isə belədir: qış fasiləsinə qədər neçə oyunda çıxış edəcək? Çünki hücumda Bruno Petkoviç və Yosip Drmiç, sağ cinahda isə Dario Şpikiç onu qabaqlayır.

Azərbaycanlı futbolçunun gələcəyi hələ də böyük müəmmadır. Daha dəyərli olduğunu zaman keçdikcə göstərməli idi”.

“Dinamo”ya bu ilin fevralında Polşa “Legiya”sından keçən Emrelinin Zaqreb klubu ilə müqaviləsi 2026-cı ilin yayında sona çatır.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir