24 oktyabr 2024. Cümə axşamı

Dinamo kubokda Mahirsiz mərhələ adladı


Dinamo kubokda Mahirsiz mərhələ adladı
Futbol üzrə Xorvatiya kubokunda 1/16 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da bu turnirdə ilk matçına çıxıb.
 
Paytaxt klubu aşağı liqa təmsilçisi “Borinçi” ilə üz-üzə gəlib və darmadağınla qalib gələrək növbəti mərhələyə adlayıb 0-4.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.






Xəbər news