24 oktyabr 2024. Cümə axşamı

Mançester Siti'nin sabiq futbolçusu karyerasını başa vurdu


Mançester Siti'nin sabiq futbolçusu karyerasını başa vurdu
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Fabian Delf karyerasını başa vurub. Corner.az xəbər verir ki,  32 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
 
Son olaraq “Everton”da çıxış etmiş dayaq yarımmüdafiəçisi, bu yay sözügedən klubdan azad agent kimi ayrılmışdı. Delf peşəkar karyerasına yetirməsi olduğu “Lids”də başlayıb. O, 2009-cu ildə sözügedən klubdan ayrılaraq “Aston Villa”ya keçib. Yarımmüdafiəçi 2012-ci ildə icarə əsasında qısa müddətə yenidən “Lids”də forma geyinib.

İngilis futbolçu 2015-ci ildə “Mançester Siti”yə keçib və 2019-cu ildən “Everton”a transfer olunub. O, İngiltərə yığmasında da 20 oyun keçirib.






Xəbər news