2014-15 dövrüylə 2018-2019 arasındakı 5 mövsümü əhatə edən araşdırmada Real Madridin transferə iki əzəli rəqibi Barcelona və Atletico Madriddən daha az xərclədiyi görülür.
Corner.az xəbər verir ki, Barcelona transferə, Real Madridin iki qatı qədər pul xərcləyib.
Real Madrid son 5 mövsümlük hissədə transferə ümumi 438,7 milyon avro xərcləyərkən, transferdən qazandığı pul isə 429 milyon avro olaraq reallaşıb. İspan nəhəngi bu dövrdə transferdən 9,7 milyon avro zərər edib.
Real Madrid son 5 mövsüm transferdə ən çox pulu 80 milyon avroyla James Rodriguezə verib. Kolumbiyalı futbolçu, iki mövsümdür Bayern Münihdə kirayəlik oynayır.
Realın son 5 mövsümdə sataraq ən çox pul qazandığı oyunçu isə 100 milyon avro ilə Cristiano Ronaldo olub.
Barcelona isə 5 mövsümdə transferə ən çox pul xərcləyən komanda olub. Katalan qrupu 872,6 milyon Avronu transfer üçün xərcləyərkən, oyunçu satışlarından isə 472,5 milyon avro qazana bilib. Barcelona toplamda transferdən 400 milyon avro zərər edib.
Barcelonanın transferi üçün ən çox pul xərclədiyi futbolçu 160 milyon euroyla Coutinho olarkən, Katalanlar ən böyük transfer gəlirini isə 222 milyon avro'yla Neymar'dan alıb.
Atletico Madrid isə 5 mövsüm içində transfer üçün tam 567,9 milyon avro xərcləyib. Qırmızı-ağlı qrup eyni dövr içində oyunçu satışından 426,5 milyon avro qazanarkən toplamda transferdən 141 milyon avro zərər edib.
Atletico Madridin son 5 mövsümdəki ən bahalı transferi 75 milyon avro ilə Lemar olarkən, Qırmızı-ağlı qrupun satışından ən çox gəlir əldə etdiyi oyunçu isə 42 milyon avro ilə Jackson Martinez olub.
Arda Turan isə 38 milyon avroya satılan Diego Costadan sonra Barcelonaya transfer olaraq qazandırdığı 34 milyon avroyla Atletico Madridin son 5 il içində satışından ən çox pul qazandığı üçüncü futbolçu olub.