- Xəbər news
- 01:00 22.01.2026
İngiltərənin "Tottenhem” klubu Braziliya – Tunis (5:1) yoldaşlıq oyunu zamanı azarkeşlərin hücumçusu Riçarlisona qarşı irqçi davranışlarını pisləyib.
Corner.az xəbər verir ki, London klubun rəsmi saytındakı açıqlamada 25 yaşlı futbolçuya qarşı irqçi təhqirlərə görə qəzəbləndikləri bildirilib:
“Braziliya ilə Tunis arasındakı matçda Riçarlisona qarşı işlədilən irqçi təhqirlərə görə qəzəblənirik. Bunun nə futbolda, nə də başqa yerdə yeri yoxdur. Biz səninləyik, Riçi!”
Xatırladaq ki, Fransanın “Park de Prens” stadionunda keçirilən oyun zamanı tribunadan Riçarlisona banan atılmışdı. Bu, futbolçu millisinin ikinci qolunu qeyd edərkən yaşanıb. Riçarlisonun özü matç zamanı irqçiliyin təzahürünə görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyib.