2 fevral 2026. Bazar ertəsi

Tite tunisliləri ittiham etdi – Neymara görə


Tite tunisliləri ittiham etdi – Neymara görə

Braziliya millisinin baş məşqçisi Tite Tunislə yoldaşlıq matçından (5:1) sonra rəqib futbolçuları Neymara qarşı bilərəkdən kobud oynamaqda ittiham edib.

Corner.az “goal.com”-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis tunislilərin 30 yaşlı hücumçuya qarşı bu qədər aqressiv oynayacağını gözləmədiyini söyləyib:

“Rəqibin yaxşı mübarizə aparacağını bilirdik, amma Neymara qarşı bu qədər aqressivliyin olacağını düşünmürdüm. Sanki Neymarın dünya çempionatına getməməsi üçün hər şeyi edirdilər. Rəqabətə susuzluq yoldaşlıq görüşlərini emosiyasız keçirməyə imkan vermir, ona görə də, biz risk etdik. Amma rəqibin Neymara qarşı mübarizəsi həqiqətən çox təhlükəli idi”.

Fransa PSJ-sində çıxış edən Neymar bu mövsüm Braziliya millisində 13 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə verib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO