- Xəbər news
- 21:58 14.03.2026
PSJ-nin hücumçusu Lionel Messi Neymarla həmişə eyni komandada oynamaq istədiyini etiraf edib.
Corner.az TUDN telekanalına istinadən xəbər verir ki, argentinalı futbolçu, Neymarı hər gün gördüyü üçün xoşbəxt olduğunu deyib:
“Neymarla “Barselona”da əylənmək istərdim, amma həyat bizi Parisdə bir araya gətirdi. Birlikdə oynamaqdan xoşbəxtik. Mən onunla oynamağı və onu hər gün görməyi xoşlayıram”.
Əvvəllər Messi ilə Neymar “Barselona”da birlikdə çıxış edib.
Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılaraq azad agent kimi Paris klubuna keçib.