26 noyabr 2024. Çərşənbə axşamı

Klub tapa bilmədi, karyerasını bitirdi


Klub tapa bilmədi, karyerasını bitirdi
Almaniya millisinin keçmiş futbolçusu Qonsalo Kastro karyerasını bitirib. Corner.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.
 
“Arminiya” ilə bu yay başa çatan müqaviləsinin ardından azad agent statusu alan Kastro yeni klub tapa bilmədiyi üçün futbolla vidalaşmaq qərarına gəlib.
 
Kastro Dortmund “Borussiya”sı, “Bayer” və “Ştutqart” kimi klublarda oynayıb.
 
Yarımmüdafiəçi Bundesliqada 421 oyunda 38 qol və 80 ötürməyə imza atıb. O, 2007-ci ildə debüt etdiyi Almaniya millisində 5 oyun keçirib.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir