İspaniya millisinin və "Barcelona"nın sabiq futbolçusu Xavi Ernandes futbolçu karyerasını başa vurub.
Corner.az xəbər verir ki, 39 yaşlı futbolçu ötən gün son matçına çıxıb. O, Qətərin "Əl-Sədd" klubunun Asiya Çempionlar Liqasında "Perspolis"lə oyundan sonra meydanı birdəfəlik tərk edib. Xavinin "Əl-Sədd"də qalaraq məşqçi kimi fəaliyyət göstərəcəyi iddia olunur.
Qeyd edək ki, uzun illər "Barcelona"nın kapitanı olmuş Xavi 2000-2014-cü illərdə bu komandada 767 oyuna çıxıb. O, 8 dəfə İspaniya La Liqasının, 3 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə Superkubokunun, 4 qat Çempionlar Liqası, 2 qat UEFA Superkuboku və 2 qat Klublararası Dünya Çempionatının qalibidir.(qol)