- Xəbər news
- 22:34 14.11.2024
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vətən Müharibəsi şəhidi Vidadi Xəlilovun oğlu Əli Xəlilovu sevindirib. Corner.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi futbolçularla birlikdə Əli ilə görüşüb.
Bu barədə Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
“Vətən müharibəsinin Qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli futbol həvəskarıdır və yaşadığı Göyçay rayonunda futbol məktəbində məşq edir. Ən böyük arzusu “Qarabağ” komandasının üzvləri ilə görüşmək, Qurban Qurbanovla tanış olmaq idi. Bu istəkdən xəbər tutan baş məşqçi onu komandaya dəvət edib, futbolçularla tanış edib. Ona komandanın hədiyyələri təqdim edilib”.