24 oktyabr 2024. Cümə axşamı

Dadaşovlu Qrasshopper'dən Sürix'lə heç-heçə


Dadaşovlu Qrasshopper'dən Sürix'lə heç-heçə
Futbol üzrə İsveçrə çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Sürix”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Millimizin hücumçusu 53-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Qrasshopper” 9 turdan sonra 13 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news