24 oktyabr 2024. Cümə axşamı

Aleksandriya'dan Emilsiz qələbə


Aleksandriya'dan Emilsiz qələbə
Futbol üzrə Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Çernomorets”in (Odessa) qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbəylə ayrılıb - 2:1.
 
Emil bu görüşün iştirakçısı olmayıb. O, yenə sonadək ehtiyatda qalıb.
 
“Aleksandriya” 5 turdan sonra 10 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.






Xəbər news