24 oktyabr 2024. Cümə axşamı

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bilindi


2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bilindi

2022-ci ildə indiyədək ən çox qol vuran futbolçular bəlli olub.

Corner.az xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir.

23 yaşlı oyunçu bu müddət ərzində həm klub, həm milli komanda ilə müxtəlif turnirlərdə 39 qol vurub.

İngiltərə "Mançester Siti"sinin norveçli hücumçusu Erlinq Haland 37 qolla ikinci pillədə qərarlaşıb.

Braziliyanın "Fluminense" klubundan German Kano və İspaniya "Barselona"sından Robert Levandovski 34 qolla 3-4-cü yerləri bölüşdürürlər.







Xəbər news