24 oktyabr 2024. Cümə axşamı

Fikrimcə, Qaranın çağırılmaması boyla əlaqəli deyil


Fikrimcə, Qaranın çağırılmaması boyla əlaqəli deyil

"Matçdan sonra De Byaziyə yaxınlaşıb, oyunu müzakirə etməyə başladıq. Dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev İctimai TV-də yayımlanan "Bol idman" verilişində yığmanın baş məşqçisi Canni De Byazi ilə aralarındakı gərginlik barədə danışarkən deyib.

33 yaşlı müdafiəçi bildirib ki, italiyalı mütəxəssis həftəboyu bir taktika ilə işləyib, oyuna 1-2 gün qalmış sistemi dəyişir: "Oyunçular bilmir, kim hara qaçsın. Ona görə aramızda xoşagəlməz söhbət oldu".

65 yaşlı mütəxəssisin Qara Qarayevi yığmaya dəvət etməməsinə də toxunan təcrübəli futbolçu, hər kəsin öz həqiqəti olduğunu vurğulayıb: "Fikrimcə, onun çağırılmaması boyla əlaqəli deyil. İndiyədək Eddi də var idi, amma Qara oynayırdı. Nə oldu, Eddi gəldi, deyirsən, Qaranın boyu balacadır?"

Medvedev milli komandanın sükanı arxasına öz namizədini də açıqlayıb: "Ən yaxın namizəd Rəşad Sadıqovdur. Onu baş məşqçi təyin edib, 3-4 il vaxt versinlər. Sadıqov da bu müddətdə komandanı formalaşdırsın. Ondan sonra, görək, necə olacaq".







Xəbər news