22 mart 2026. Bazar günü

Milli qələbə qazananda həmişə bu mövzunu atırlar ortaya


Milli qələbə qazananda həmişə bu mövzunu atırlar ortaya

Azərbaycan millisinin və "Neftçi" klubunun futbolçusu Emin Mahmudov Slovakiya və Qazaxıstanla oyunlardan sonra yığmanın aldığı mükafat barədə danışıb. 

Corner.az-ın məlumatına görə, ARB-24 kanalında yayımlanan “Oyundankənar” proqramında qonaq olan 30 yaşlı yarımmüdafiəçi böyük mükafat aldıqları barədə yayılan xəbərləri təzkib edib. 

Millimizin aparıcı üzvü bildirib ki, millinin hər qələbəsindən sonra mükafat məsələsinin ortaya atılması heç də yaxşı hal deyil: “Həmişə qələbə qazananda bu mövzunu atırlar ortaya. Açığı, yazılan rəqəmləri görmüşəm. 2 oyuna heç o qədər mükafat almmamışıq. Fantastik pullar yazıblar. AFFA-nın da açıqlaması var idi bu mövzuda. Pul məsələsi ilə üstümüzə gəlmələri heç də xoş deyil. Rusiyada oynadan burdakından daha çox mükafat alırdım. Bəli, adi insanlarla müqayisədə futbolda pul çox olur. Bunun düz olduğunu demirəm. Amma bu, futbolda təbii haldı. Bir daha deyirəm ki, son 2 oyuna görə aldığımız mükafat yazılan rəqəmə yaxın deyil”. 







Xəbər news