- Xəbər news
- 21:58 14.03.2026
"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubun sabiq hücumçusu Qonsalo İquaynın karyerasını bitirmək qərarına münasibət bildirib.
Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı oyunçu ilə işləməyin heyrətamiz olduğunu bildirib:
“İquaynla işləmək heyrətamiz idi. Belə futbolçuların təqaüdə çıxması ayıbdır. Mən onunla işləməkdən həzz alırdım. Ona sonrakı həyatında ən yaxşısını arzulayıram”.
34 yaşlı futbolçu MLS-də iştirak edən “İnter Mayami”də son 11 matçda 10 qol vurub. Ümumilikdə bu mövsüm onun aktivində 14 qol və 3 məhsuldar ötürmə var.
Təcrübəli oyunçu “Real”, “Yuventus”, “Milan” və “Çelsi”nin də şərəfini qoruyub.