6 dekabr 2025. Şənbə

Yuventus'un sabiq futbolçusu karyerasını bitirdi


Yuventus'un sabiq futbolçusu karyerasını bitirdi
İtaliyanın "Yuventus" və "İnter" komandalarının sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub. Corner.az xəbər verir ki, o, 34 yaşında futboldan getməyə qərar verib.
 
A Seriyasında 279 oyun keçirmiş qanalı futbolçu bu müddət ərzində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.
 
Kvadvo Asamoa 2012-2018-ci illərdə "Yuventus"un, 2018-2020-ci illərdə isə "İnter"in formasını geyinib. “Udineze”də də oynamış futbolçunun son komandası İtaliya "Kalyari"si olub. O, Qana yığmasında da 74 oyuna 4 qol vurub.






Xəbər news