5 dekabr 2025. Cümə

Conte məhkəməni uddu - 9 milyonluq təzminat


Conte məhkəməni uddu - 9 milyonluq təzminat

Vaxtından əvvəl istefaya göndərildiyi üçün "Chelsea"ni məhkəməyə verən Antonio Conte istəyinə çatıb.

Corner.az "The Times" nəşrinə istinadən xəbər verir ki, məhkəmə italiyalı mütəxəssisin lehinə qərar çıxarıb. Beləliklə, London klubu təcrübəli çalışdırıcıya 9 milyon avro təzminat ödəyəcək. "Zadəganlar"ın qərardan apellyasiya şikayəti verməyəcəyi bildirilir.


"Chelsea" 2003-cü ildən - Roman Abromoviçin gəlişindən sonra qovulan məşqçilərə görə ümumilikdə 90 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Conte 2016-2018-ci illərdə ingilis klubunu çalışdırıb. O, müqaviləsinin başa çatmasına 1 il qalmış istefaya göndərilib.







Xəbər news