5 dekabr 2025. Cümə

Casillas'ın ailəsində bədbəxt hadisə


Casillas'ın ailəsində bədbəxt hadisə

Porto'nun  qapıçısı İker Casillasın həyat yoldaşı, idman jurnalisti Sara Karboneroda “xərçəng” xəstəliyi aşkar olunub.

Corner.az xəbər verir ki, bunu xanımın özü açıqlayıb.O, "Instagram" səhifəsindəki paylaşımında bildirib ki, bir neçə gün əvvəl, adi müayinə zamanı həkimlər onda xərçəng aşkarlayıb və dərhal əməliyyatda keçirib: 

“Biz bir şokdan ayılmamış digəri ilə üzləşdik. Bir neçə gün əvvəlki müayinə zamanı həkimlər məndə bədxassəli şiş aşkarladılar. Artıq əməliyyat da olunmuşam. Hər şey yaxşı keçdi. Xoşbəxtlikdən xəstəlik tez aşkarlandı. Amma hələ bir neçə ay mübarizə aparmalıyam. Mən müvafiq müalicə keçəcəyəm. Təmkinliyəm və əminəm ki, hər şey yaxşı olacaq. Yol uzun olsa da, qarşıda xoşbəxt nəticə var. Ailəm və dostlarım məni dəstəkləyir” - deyə, Kabalero İnstaqram səhifəsində yazıb.

Qeyd edək ki, mayın 1-də onun əri İker Casillas məşq zamanı infarky keçirib və xəstəxanaya yerləşdirilib.







Xəbər news