24 oktyabr 2024. Cümə axşamı

De Byazi və AFFA rəsmiləri Frankfurta yollanır


De Byazi və AFFA rəsmiləri Frankfurta yollanır

Sabah - oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki, “Festhalle” sərgi mərkəzində AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

Corner.az saytının məlumatına görə, tədbirdə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Qeyd edək ki, Püşkatma mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.







Xəbər news