Futbol üzrə Polşa çempionatında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Yagelloniya"nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 62 dəqiqədə əvəzlənib.
“Visla” 12 turdan sonra 21 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.