24 oktyabr 2024. Cümə axşamı

Qəzetdən 1 avro təzminat aldı – Real'ın prezidenti


Qəzetdən 1 avro təzminat aldı – Real'ın prezidenti
Madrid məhkəməsi “El Confidencial” qəzetini “Real”ın prezidenti Florentino Peresin danışıqlarının səs yazısını yaydığına görə ona 1 avro ödəməyə məcbur edib. Corner.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
 
Məlumatda, Peresin ifadələri əks olunan səs yazıları 2021-ci ilin iyulunda yayımlandığı vurğulanıb. “Real”ın prezidenti bu işdə qələbənin onun üçün pul qazanmaq fürsəti deyil, prinsipial məsələ olduğunu göstərmək istəyib, qəzetdən məhkəmə vasitəsilə simvolik 1 avro tələb edib. Hakim hesab edib ki, qeydlər tamamilə kontekstdən çıxarılıb və Peresin şəxsi toxunulmazlıq hüququ pozulmasa da, qəzet məlumat almaq hüququnu pozub.
 
75 yaşlı Peres 2009-cu ildən “Real”ın prezidentidir. O, daha əvvəl 2000-2006-cı illərdə bu vəzifədə olub.






Xəbər news