24 oktyabr 2024. Cümə axşamı

Dadaşovsuz Qrasshopper evdə xal itirdi


Dadaşovsuz Qrasshopper evdə xal itirdi
Futbol üzrə İsveçrə çempionatında 10-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Sion”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb – 4:4.
 
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Qrasshopper” 10 turdan sonra 14 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news