24 oktyabr 2024. Cümə axşamı

Barselona Messiyə heykəl ucaldacaq


Barselona Messiyə heykəl ucaldacaq

İspaniyanın “Barselona” klubu karyerasının böyük hissəsini bu komandada keçirmiş ulduz hücumçu Lionel Messinin heykəlini ucaltmağı planlaşdırır.

Corner.az-ın “Goal”a istinadən verdiyi xəbərə görə, bu barədə klubun prezidenti Xuan Laporta məlumat verib.

“Biz Leo Messinin heykəlini “Kamp Nou”nun kənarında tikəcəyik. Qərar verilib”, - klub prezidenti vurğulayıb.

Argentinalı oyunçu 2021-ci ildə “Barselona”dan ayrılaraq Fransanın PSJ klubuna keçib. Bu mövsüm Messi komandanın Fransa çempionatında keçirdiyi 9 oyunun hamısında meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt”də, 35 yaşlı oyunçunun bazar dəyəri 50 milyon avro olduğu qeyd olunub.

Messi “Barselona”nın yetirməsidir. O, 2004-cü ildə əsas komandada debüt edib və birlikdə 35 titula sahib olub.Leo yeddi dəfə “Qızıl top” qazanıb.







Xəbər news