24 oktyabr 2024. Cümə axşamı

Premyer Liqa klubu "Google" ilə anlaşdı


Premyer Liqa klubu "Google" ilə anlaşdı
İngiltərənin "Tottenhem” klubunun rəhbərliyi “Google”-un nümayəndələri ilə ev oyunlarını keçirdiyi stadiona şirkətin adının verilməsiylə bağlı danışıqlar aparır. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun prezidenti Daniel Levi “Google” ilə “doğru pula doğru marka” adı altında müqavilə bağlamaqda maraqlı olduqlarını bildirib.
 
Hazırda müqavilə hələ imzalanmayıb. Lakin “The Athletic”in iddiasına görə, “Google” ilə danışıqlarda ilkin razılıq əldə olunub.
 
“Tottenhem Hotspur Stadium”da təkcə futbol matçları deyil, həm də konsertlər, boks yarışları və Amerika futbolu oyunları keçirmək imkanı var.






Xəbər news