2 fevral 2026. Bazar ertəsi

Artetadan Obameyanqa cavab


Artetadan Obameyanqa cavab

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanqın onu tənqid etməsi haqda danışıb.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan mütəxəssis qabonlu hücumçu haqda bu sözləri deyib:

“İnsanlar uyğun gördüklərini müzakirə etməkdə azaddırlar”.

33 yaşlı futbolçu daha əvvəl Artetanın “böyük oyunçularla necə davranacağını bilmədiyini” bildirmişdi. Lakin sonradan sözlərinə görə üzr istəyib.

Obameyanq bu yay “Barselona”dan 12 milyon avroya “Çelsi”yə keçib və iki illik müqavilə imzalayıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO