2 fevral 2026. Bazar ertəsi

El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaqlar


El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaqlar

İspaniya "Barselona"sı "Real Madrid"ə qarşı keçirəcəyi La Liqanın IX tur oyununa kanadalı tanınmış reper Dreykin loqosunun yer aldığı forma ilə çıxacaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin "Spotify" internet musiqi xidməti ilə tərəfdaşlığı çərçivəsində baş tutacaq.

La Liqa nəhəngi ilk dəfə geyim dəstində öz loqosunu başqası ilə əvəzləyəcək.

Anlaşmaya əsasən, formanın ön hissəsindəki bu dəyişiklik mövsümün gedişində daha tez-tez olacaq.

Qeyd edək ki, "Barselona" və "Real Madrid" arasında El-Klasiko oktyabrın 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO