- Xəbər news
- 21:58 14.03.2026
Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar.
Corner.az xəbər verir ki, beynəlxalq arenada çıxış edən qardaş ölkə təmsilçilərinin hamısı ilk dəfə eyni gündə qələbə qazanıblar.
Avropa Liqasında mübarizə aparan "Fənərbaxça" Kiprdə AEK (Larnaka) komandasına 2:1 hesabı ilə qalib gəlib, "Trabzonspor" isə evdə Fransa "Monako"su üzərində darmadağına sevinib- 4:0.
Konfrans Liqasında "Başakşehir" evdə Latviyanın RFŞ klubunu, "Sivasspor" isə Kosovoda "Balkani"ni 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Türkiyə bu dörd komandanın uğurlu çıxışı sayəsində UEFA reytinqində 18-ci sıradan 14-cü pilləyə yüksəlib.