1 fevral 2026. Bazar günü

Atasının komandasına qol vurdu, ağladı - Video


Atasının komandasına qol vurdu, ağladı - Video
Venesuela Premyer Liqasının son turunda maraqlı hadisə yaşanıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, "Puerto Kabelyo" - "Deportivo Takira" matçının  əsas vaxtına əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirən qonaq komandanın hücumçusu Cankarlo Maldonado sevinmək əvəzinə, ağlayıb. Vurduğu qolla atası Karlos Maldonadonun çalışdırdığı "Puerto Kabelyo" klubunun "play-off"a vəsiqə qazanmasına imkan verməyən 36 yaşlı futbolçu göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, bu heç-heçədən sonra hər iki komanda çempionluq yarışından kənarda qalıb.





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO