22 mart 2026. Bazar günü

Qızıl Top'a sahib olmaq Benzemanın haqqıdır


Qızıl Top'a sahib olmaq Benzemanın haqqıdır

Hazırda “Kruzeyro” (Braziliya) və “Valyadolid” klublarının (İspaniya) sahibi olan Ronaldo “Real”ın hücumçusu Kərim Benzemanın “qızıl top”a sahibi olacağına inanır.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı veteran oyunçu fransız futbolçunun təsirli nəticələri olduğunu deyib:

“Düşünmürəm ki, Benzemanın uduzmaq şansı olsun çünki onun təsirli nəticələri var. Çempionlar Liqası onun üçün çox əlverişlidir. Digər oyunçular qalib gələ bilərmi? Əlbəttə, amma Benzemanın keçən il etdikləri ilə digərlərinin etdiklərində böyük fərq var”.

2022-ci ilin “qızıl top” mərasimi oktyabrın 17-də baş tutacaq.

Benzema bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Xəbər news